31.07.2019

Fərqlənmə attestatları təqdim olunub

İmişli rayonu ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirən məzunlara fərqlənmə attestatları təqdim olunub.

İmişli RTŞ-də məzunlara fərqlənmə attestatlarının təqdim olunması məqsədilə keçirilən tədbirdə RTŞ-nin müdiri Ələmdar Quliyev və fərqlənən məzunlar iştirak ediblər.

Tədbirdə Ələmdar Quliyev çıxış edərək fərqlənən məzunları təbrik edib. O, məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşı olmaq, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Qeyd edək ki, İmişli rayon ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 1092, tam orta təhsil səviyyəsi üzrə isə 887 nəfər bitirib. O cümlədən, ümumi orta təhsil səviyyəsi üzrə 4 və tam orta təhsil səviyyəsi üzrə isə 9 nəfər fərqlənmə attestatı alıb.

 

Ümumi orta  təhsil haqqında  fərqlənmə attestatı alanlar:

1.Hümbətli Leyla Nazim qızı – Şəhər 1 saylı məktəb liseyin IX sinif şagirdi;

2.Sultanlı Eltun Yalçın oğlu  – Şəhər 2 saylı  tam orta  məktəbin IX sinif şagirdi;

3.Səmədova Mina Sahib qızı - Şəhər 5 saylı məktəb liseyin IX sinif şagirdi;

4.Babaşova Nigar Vəli qızı – Yalavac kənd tam orta  məktəbinin IX sinif şagirdi;

 

Tam orta təhsil haqqında fərqlənmə attestatı alanlar:

1.Hümbətli Məryəm  Nazim qızı – Şəhər 1 saylı məktəb liseyin XI sinif şagirdi;

2.Zeynalova Səkinə Vahid qızı - Şəhər 3 saylı tam orta  məktəbin XI sinif şagirdi;

3.İsmayılzadə Oruc Azər oğlu - Şəhər 8 saylı tam orta  məktəbin XI sinif şagirdi;

4.Əhədli Fərid Ruslan oğlu - Şəhər 8 saylı tam orta  məktəbin XI sinif şagirdi;

5.Səfərli Babalı Aqil oğlu - Şəhər 8 saylı tam orta  məktəbin XI sinif şagirdi;

6.Hüseynzadə Nigar Natiq qızı - Şəhər 8 saylı tam orta  məktəbin XI sinif şagirdi;

7.Səlimzadə Tuqay Məbud oğlu - Şəhər 8 saylı tam orta  məktəbin XI sinif şagirdi;

8.Əhmədov İsrayıl Akif oğlu - Qaradonlu kənd tam orta  məktəbinin XI sinif şagirdi;

9.Adışova Gülşən Nail qızı - Göbəktala kənd tam orta  məktəbinin XI sinif şagirdi;


Açar sözlər: ,  ,