21.08.2019

İxtisasartırma təlimlərinə başlanılıb

İmişli şəhər 5 saylı məktəb-liseydə rayonun ümumi təhsil məktəblərinin müəllimləri üçün növbəti ixtisasartırma təlimləri keçirilir. Təlimlər riyaziyyat, fizika, biologiya, tarix, coğrafiya və informatika fənləri üzrə aparılır.

Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərə peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində dəstəyin göstərilməsidir. 

Təlim Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən həyata keçirilib.


Açar sözlər: ,  ,