26.08.2019

Alternativ qeydiyyat mərkəzləri yaradılıb

26 avqust 2019-cu il tarixdən məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu başlayıb. Valideynlərə kömək göstərilməsi ilə bağlı İmişli RTŞ-də və 5 saylı məktəb-liseydə, Otuziki, Qaralar, Şahverdili, Məzrəli, Cəfərli kənd 1 saylı tam orta məktəblərində alternativ qeydiyyat mərkəzləri yaradılıb.

Məktəbəhazırlıq qruplarına övladlarını qəbul etmək istəyən valiyeynlərin bununla bağlı çətinlikləri olduğu halda yuxarıda qeyd olunan mərkəzlərə müraciət edə bilərlər.