30.08.2019

Kitabxanaçıların seminarı keçirilib

İmişli Rayon Təhsil Şöbəsində ümumi təhsil müəssisələrinin kitabxanaçılarının yeni tədris ili ilə bağlı növbəti seminarı keçirilib.

Seminarın keçirilməsində məqsəd rayonun ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin icrasından irəli gələn vəzifələrin həyata keçirilməsi olub.

Dərslik və müəllim üçün metodik vəsaitlərin İmişli şəhər 5 saylı məktəb-liseydən məktəblərə paylanılması ilə bağlı seminar iştirakçılarına tapşırıqlar verilib. Belə ki, 222 adda 44558 ədəd dərslik və müəllim üçün metodik vəsaitlər siyahı üzrə məktəblərə təhvil veriləcək.

Sonda məktəb kitabxanaçılarına “Məktəb kitabxanalarında işin təşkili üçün yaddaş” və digər tövsiyələr paylanılıb və onların sualları cavablandırılıb.


Açar sözlər: ,  ,