03.09.2019

Yeni dərsliklər məktəblərə çatdırılır

Ümumi təhsil müəssisələrinin dərslik və müəllim üçün metodik vəsaitlərlə təminatı işinin səmərəli təşkili haqqında Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq İmişli Rayon Təhsil Şöbəsi tərəfindən məktəblərin dərsliklərlə təminatı davam edir.

Dərslik və müəllim üçün metodik vəsaitlərin İmişli şəhər 5 saylı məktəb-liseydən məktəblərə paylanılması ilə bağlı seminar iştirakçılarına tapşırıqlar verilib. Belə ki, 222 adda 44558 ədəd dərslik və müəllim üçün metodik vəsaitlər siyahı üzrə məktəblərə təhvil veriləcək.

12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin İmişli RTŞ-də Təsərrüfat İstismar Qrupunun əməkdaşı Rauf Yusifəliyev bildirdi ki, dərsliklər İmişli şəhər 5 saylı məktəb-liseydən rayonun ümumi təhsil məktəblərinə çatdırılır. Dərslik təminatı ilə bağlı rayonun məktəblərində vəziyyət normaldır və məktəblərimizdə dərsliklə bağlı ciddi problem olmayacaqdır.


Açar sözlər: ,  ,