08.09.2019

600-dən çox bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib

İmişli rayonu Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbulda 600-dən çox bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib.

Görüşdə İmişli Rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyev, rayonun müvafiq idarə və təşkilat rəhbərləri, Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, məzunlar, məktəb rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.

İmişli Rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyev 600-dən çox bal toplayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunları,  onların valideynlərini və rayonumuzun bütün təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edib.

            Daha sonra çıxış edən İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev bildirib ki, bu il rayon üzrə 342 nəfər ali məktəblərə qəbul olub. Qəbul olanlardan 44 nəfəri 500-dən yuxarı, 10 nəfəri 600-dən yuxarı bal toplayıb. Məzunlardan 54 nəfərin BDU-ya, 35 nəfərin ADPU-ya, 26 nəfərin ADİU-ya, 15 nəfərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 15 nəfərin BSU-ya, 12 nəfərin BMU-ya və s. kimi nüfuzlu ali təhsil müəssisələrinə yüksək balla qəbul olduqlarını diqqətə çatdırılıb.

O, rayon üzrə məzunlardan 195 nəfərin isə orta ixtisas təhsilli müəssisələrə qəbul olduğunu, İmişli şəhər 1 saylı məktəb-liseyin məzunu Turqut Ağaşovun DİM-in I ixtisas qrupu üzrə imtahanında təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək 400 mümkün baldan hamısını topladığını, ali məktəbə qəbul imtahanı nəticəsinə görə 690 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərdiyini və qızıl medala layiq görülüldüyünü vurğulayıb. Eyni zamanda, bu il rayon üzrə ümumi orta təhsil səviyyəsi üzrə 4, tam orta təhsil səviyyəsi üzrə isə 9 nəfər şagirdin fərqlənmə attestatı aldığını bildirib.

Sonda 600-dən çox bal toplamış məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 


Açar sözlər: ,  ,  ,