19.09.2019

İmişli rayonunun ümumi təhsil məktəblərində 17708 şagird təhsil alacaq

2019-2020-ci tədris ilində İmişli rayonunun ümumi təhsil müəssisələrində ümumilikdə 17708 nəfər şagird təhsil alacaq.

Şagirdlərdən 7967-si qız, 9741-i isə oğlandır. Rayon ümumtəhsil məktəblərinin I sinifndə 1588, IX sinfində 1318, XI sinfində isə 954 nəfər şagirdin təhsil alacağı proqnozlaşdırılır. Onlardan 1490 nəfər uşaq məktəblərdə yaradılmış 79 məktəbəhazırlıq qruplarında təhsil alacaq.

Hazırda rayonda 2 ibtidai məktəb, 55  tam orta məktəb, 3 ümumi orta məktəb, 2 məktəb-lisey, ümumilikdə 62 məktəb fəaliyyət göstərir.

Yeni tədris ilinə qədər Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 2 məktəb binası və bir modul tipli məktəb şagirdlərin istifadəsinə verilib. 

2019-2020-ci tədris ili üçün rayonun ümumtəhsil müəssisələrinin I-XI sinif şagirdləri və müəllimlər üçün 222 adda 44558 nüsxə dərslik və metodik vəsait verilib.


Açar sözlər: ,  ,  ,