24.09.2019

“Çox illər öncə mən öz seçimimi etmişəm və indi də bu seçimi düzgün hesab edirəm.” - Nazlı Nəzərova

Nazlı Nəzərova 1972-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. O, 1995-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirib. 1995-ci ildən İmişli rayonunun Otuziki kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.

Nazlı müəllim müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində (DQ) - 59 bal toplayıb. O, çalışdığı məktəbdə gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə diplom və təşəkkürnamələrlə təltif olunub.

24 ildir ki müəllim adını daşıyan Nazlı müəllim deyir ki, “Həyatda bəxtim gətirib: Təhsil aldığım pedaqoji institutda çox gözəl müəllimlərim olub. Mən və tələbə yoldaşlarım hər bir müəllimimizə böyük hörmət bəsləyirdik. Hər bir müəllimimiz haqqında elm fədaisi, əsl pedaqoq və əvəzolunmaz tərbiyəçi demək olar.”


Açar sözlər: ,  ,