27.09.2019

İmişli komandası “Əlaçı” intellektual oyunun seçim mərhələsinin qalibi olub

İmişli rayonunun ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət komanda Azərbaycan Respublikasının Təhsil Nazirliyi və GameTV.az prodüser mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan “Əlaçı” intellektual oyunun seçim mərhələsində qalib olub.

Komanda 4-7  oktyabr tarixlərində Bakı Kristal Zalında (Cyristal Hall)  “Əlaçı” verilişinin televiziya çəkilişlərində iştirak etmək hüququ qazanıb.

Bu münasibətlə İmişli RTŞ-də komanda üzvləri ilə görüş keçirilib. RTŞ-nin müdiri Ələmdar Quliyev komanda iştirakçılarını təbrik edərək onlara final mərhələsinin qalibi olmağı arzulayıb. Komanda üzvlərinə fəxri fərmanlar təqdim olunub.

 

Şagirdin a,

soyadı

Məktəbin adı

1

Zəhra Əlizadə

5 saylı məktəb-lisey

2

Həsən Abdullayev

3 saylı tam orta məktəb

3

Elvira Nuri

1 saylı məktəb-lisey

4

Şəhrun Qasımzadə

5 saylı məktəb-lisey

5

Xan Həsənli

Xəlfəli kənd tam orta məktəbi

6

Aynur Abbasova

3 saylı tam orta məktəb

7

Elçin Cahangirov

Ölcələr kənd tam orta məktəbi


Açar sözlər: ,  ,