29.09.2019

Şagirdlər İmişli "ASAN xidmət" mərkəzində olublar

İmişli rayonunun Cəfərli kənd 1, 2 saylı və Axıcanlı kənd tam orta məktəblərinin şagirdləri İmişli "ASAN xidmət" mərkəzində olublar. Şagirdlərə “ASAN xidmət”in yaradılması, inkişafı və fəaliyyəti barədə geniş məlumat verilib.

Sonra məktəblilərə Təhsil Nazirliyinin "ASAN xidmət”lə birgə həyata keçirdiyi "ASAN peşə” layihəsi və peşələr haqqında geniş məlumat verilib. Eyni zamanda, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,