01.10.2019

Buludlu kənd tam orta məktəbində seminar keçirilib

Buludlu kənd tam orta məktəbində keçirilən seminarda İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev, müdir müavini Vahid Tağıyev, Buludlu, Sarxanlı 1, 2 saylı və Boşçallar kənd tam orta məktəblərin rəhbərləri və müəllimlər iştirak ediblər.

Seminarda Təhsil naziri Ceyhun Bayramovun 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrindən irəli gələn vəzifələrin məktəblərdə icrası ilə bağlı geniş məlumat verilib.

Əmrin icrasının təşkili yolları, hər bir müəllimin, psixoloqun, sinif rəhbərinin, məktəb rəhbərlərinin üzrərinə düşən vəzifələrə aydınlıq gətirilib. Tədbir iştirakçıları təkliflərlə çıxış ediblər və onların çoxsaylı sualları cavablandırılıb.