02.10.2019

2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri ilə bağlı seminar keçirilib

İmişli Rayon Təhsil Şöbəsində ümumtəhsil məktəblərinin direktor müavinləri ilə seminar keçirilib.

Seminarda Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrindən irəli gələn vəzifələrin ümumtəhsil məktəblərində icrası ilə bağlı iştirakçılara geniş məlumat verilib. F-531 nömrəlli əmrlə əlaqədar məktəblərdə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı direktor müavinləri çıxış ediblər.

RTŞ-nin müdir müavini Vahid Tağıyev seminarda səslənən təkliflər və F-531 nömrəli əmrlə bağlı direktor müavinlərinin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verərək 2019-20120-ci tədris ilində görüləcək işlərin təşkili, icrası yollarından danışıb. Məktəblərdə təhsil şöbəsinin rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə dəyrimi masaların keçirilməsi, məktəblər üzrə hesabatların dinlənilməsinin səmərəli təşkili işi müzakirə olunub.


Açar sözlər: ,  ,  ,