03.10.2019

Cari dərs ilində prioritet fəaliyyət istiqamətlərinin gedişi ilə bağlı görüş keçirilib

İmişli Rayon Təhsil Şöbəsində ümumtəhsil məktəb direktorlarının iştirakı ilə cari dərs ilində prioritet fəaliyyət istiqamətləri barədə Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrindən irəli gələn vəzifələrin ilkin icra vəziyyəti ilə bağlı görüş keçirilib.  

Tədbirdə müvafiq əmrin məktəb pedaqoji kollektivlərinə çatdırılması vəziyyəti, əmrin icrası ilə bağlı məqsəd və mahiyyətin şura iclaslarında müzakirəsinin, işlək tədbirlər planının tərtibi və təsdiqi, qarşıda duran vəzifələrlə bağlı məsələlər, il ərzində məqsədyönlü iş mexaniziminin yaradılması barədə müzakirələr aparılıb.

Əmrin məzmununa uyğun olaraq işin təşkili, hesabatların hazırlanması və təqdim olunması ilə bağlı məktəb rəhbərlərinə tövsiyyələr verilib.