04.10.2019

Vahid Tağıyev “Tərəqqi” medalı ilə təltif olunub

Oktyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyev “Tərəqqi” medalı ilə təltif olunub.

Vahid Tağıyev 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-ci ildə Xankəndi Pedaqoji İnstitutunu tarix ixtisası üzrə bitirib.

1981-1986-cı illərdə İmişli rayonu Əliqulular kənd orta məktəbində ixtisası üzrə müəllimi, 1987-2001-ci illərdə İmişli RTŞ-də metodist, 2001-2006-cı illərdə Metodik Kabinetin direktoru vəzifələrində çalışıb.

Təhsil Nazirinin 10 aprel 2006-cı il tarixli 11/163 nömrəli əmri ilə İmişli RTŞ-nin müdir müavini vəzifəsinə təyin olunub.

İşlədiyi dövrdə qabaqcıl iş təcrübəsi Təhsil Problemləri İnstitutu, Azərbaycan Respublikası Təhsil Şurası, Azərbaycan Müəllimlər İnstitutu tərəfindən öyrənilərək yayılıb.

2010-cu ildə Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.


Açar sözlər: ,