05.10.2019

Beynəlxalq Müəllimlər Günü qeyd edilib

İmişli rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü qeyd edilib. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin rəhbərliyi, Təhsil Şöbəsinin aparat işçiləri, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev çıxış edərək hər bir müəllimin, tədris etdiyi fəndən asılı olmayaraq, şagirdləri vətənə, millətə layiq bir övlad olmağa hazırlanmasından danışıb. Qeyd edib ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridirlər.

Toplantı iştirakçıları Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2019-cu il tarixli Beynəlxalq Müəllimlər Günü münasibətilə verdiyi sərəncamda İmişli RTŞ-nin müdir müavini Vahid Tağıyevin “Tərəqqi” medalı ilə təltif edilməsini böyük sevinclə qarşılayıblar.

Çıxış edən Vahid Tağıyev gənc müəllimlərə çətinliklərdən qorxmamağı, müəllim adını həmişə uca tutmağı, yenilikçi və fəal olmağı tövsiyə edib. O, bildirib ki, çalışqanlıq və fəallıq olan yerdə hökmən uğur da olacaq.

Sonda rayonun bir qrup qabaqcıl müəllimləri və təhsil işçiləri rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevin sərəncamı ilə fəxri fərmanllarla təltif olunublar.


Açar sözlər: ,  ,  ,