07.10.2019

Arif Məmmədov

Məmmədov Arif Qoca oğlu 1952-ci ildə İmişli rayonunun Gövhərli kəndində anadan olub. 1969-cu iddə Qaradonlu kənd tam orta məktəbini qurtarıb. 1975-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinin bitirib.

O, 1970-73-cü illərdə Çahar kənd orta məktəbində ixtisası üzrə müəllim, 1973-76-cı illərdə isə həmin məktəbdə direktor müavini vəzifəsində çalışıb. 1976-77-ci illərdə hərbi xidmət keçdikdən sonra 1984-cü ilə kimi Qaradonlu məktəbində müəllimlik fəaliyyətini davam etdirib. Həmin ilin sentyabrından isə Gövhərli məktəbinin direktoru vəzifəsinə təyin olunub.

1994-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin attestatsiya komissiyasının qərarı ilə Arif müəllimə ali kateqoriyalı müəllim ixtisası dərəcəsi verilib.

O, 2006-cı ildən İmişli Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Arif müəllim 2019-cu ilin oktyabrın 1-də vəfat edib.


Açar sözlər: ,  ,