15.10.2019

Müəllimlərin yekun qiymətləndirilməsi keçirilib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən İmişli şəhər 2 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimlərinin yekun qiymətləndirilməsi keçirilib.

İmtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini İmişli, Cəbrayıl və Füzuli rayonunun ümumitəhsil məktəbləri üzrə başa vuran 120 nəfər ibtidai sinif müəllimi iştirak edib.

Müəllimlər 40 dəqiqə vaxt ərzində iki variantdan ibarət 25 test sualını cavablandırıblar.

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimləri Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib. Təlimlərin keçirilməsində əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçən müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaq olub.

İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma setifikatları təqdim olunacaq.


Açar sözlər: ,  ,  ,