17.10.2019

Dövlət Müstəqilliyinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib

İmişli Rayon Təhsil Şöbəsində Dövlət Müstəqilliyinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.  Tədbiri giriş sözü ilə açan RTŞ-nin müdiri Ələmdar Quliyev 1991-ci ilin tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizəsindən danışıb. O, qeyd edib ki, XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqilliyinə qovuşub. Təəssüf ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilib. Lakin, azadlıq ideyası həmişə xalqımızın qəlbində yaşamışdır. XX əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı öncə 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələnib.

Ələmdar Quliyev vurğulayıb ki, yalnız 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra onun böyük uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edildi.

Bu gün ümummilli liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Çıxış edən RTŞ-nin müdir müavini Vahid Tağıyev Dövlət Müstəqilliyinin əldə edilməsinə qədər olan tarixə nəzər yetirərək Azərbaycan xalqının qəhrəmanlığından və azadlıq istəyi uğrunda mübarizəsindən faktlar əsasında danışıb. Vətənpərvərlik tərbiyəsinin təhsil işçilərinin pedaqoji fəaliyyətlərinin ayrılmaz tərkib hissəsi olduğunu, hər bir tədbirdə bunların nəzərə alınmasını qeyd edib.

Tədbirdə çıxış edənlər də 1991-ci il oktyabrın 18-ni xalqımızın tarixində şərəfli və əlamətdar gün kimi qiymətləndiriblər.

 


Açar sözlər: ,  ,  ,