23.10.2019

“Məktəblər arasında respublika çempionatı”ına start verilib

İmişli şəhər 2 saylı tam orta məktəbində Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəbidmanları Federasiyasının təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı”ına start verilib.

“Məktəblər arasında respublika çempionatı” idmanın atletika, şahmat, voleybol (qızlar), stolüstü tennis və basketbol (oğlanlar) növləri üzrə keçirilir.

Çempionatın keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdləri arasında kütləviləşdirilməsi, şagirdlər arasında sağlam və aktiv həyat tərzinin təşviqi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, hədəf idman növlərinə kütləviliyin artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkanar fəaliyyətlərinin qiymətləndirilməsi və qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsidir.

2 saylı tam orta məktəbində keçirilən stolüstü tennis yarışında rayonun 5 məktəbindən 25 nəfər şagird iştirak edib. Rəsullu kənd tam orta məktəbin komandası yarışın qalibi olaraq yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,  ,  ,