29.10.2019

"Məktəblər arasında respublika çempionatı”ı çərçivəsində idmanın atletika növü üzrə yarış keçirilib

Oktyabrın 28-29-da İmişli şəhər 2 saylı tam orta məktəbində “Məktəblər arasında respublika çempionatı”ı çərçivəsində idmanın atletika növü üzrə yarış keçirilib.

Yarışda rayonun 38 ümumi təhsil məktəbinin komandası 100 m, 200 m, 4x50 m estafet qaçışı və top atmada öz güçlərini sınayıblar. Komandaların tərkibində üç oğlan və üç qız iştirak edib. Şəhər 2 saylı məktəbin komandası yarışda komanda hesabında 1-ci yeri tutub. Qalib komanda yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,  ,  ,