01.11.2019

İdmanın voleybol növü üzrə yarış keçirilib

Oktyabrın 31 və noyabrın 1-də İmişli Olimpiya İdman Kompleksində “Məktəblər arasında respublika çempionatı”ı çərçivəsində idmanın voleybol növü üzrə yarış keçirilib.

Yarışda rayonun 12 məktəbindən 2005-2007-ci il təvəllüdlə qızlardan ibarət komandalar iştirak edib. Rəsullu kənd tam orta məktəbin komandası yarışın qalibi olub.

Qalib komanda yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,  ,