05.11.2019

“Ümumdünya uşaq hüquqları günü” ilə əlaqədar silsilə tədbirlər keçirilir

İmişli rayonunun ümui təhsil məktəblərində “Ümumdünya uşaq hüquqları günü” ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Tədbirlərin keçirilməsində məqsəd əlamətdar günün mahiyyətini şagirdlərin nəzərinə çatdırmaqla yanaşı, həm də onların sahib olduqları hüquq və imtiyazlardan necə istifadə etmələri barədə məlumatların verilməsidir.

Tədbirlərdə bu günün yaranma zərurətindən, uşaqların hüquqlarını qorumaq üçün hələ 1924-cü ildə Cenevrədə Millətlər Cəmiyyətinin, 1959-cu ildə isə BMT-nin Baş Məclisinin “Uşaq Hüquqları Bəyannaməsi”nin qəbul edilməsi şagirdlərin diqqətinə çatdırılıb. 20 noyabr 1989-cu ildə BMT-nin qəbul etdiyi “Uşaq Hüquqları Bəyannaməsi”ndə bu prinsiplərin daha da təkmilləşdirilməsindən danışılıb.

Müasir dövrdə dünyada müharibələr zamanı çoxlu sayda uşaqların öldürülməsinin, şikəst edilməsinin, evsiz-eşiksiz qalamsının bəşəriyyət üçün böyük faciə olduğundan danışanlar ölkədə uşaq hüquqları məsələsinə kifayət qədər həssaslıqla yanaşıldığı bildiriblər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun beynəlxalq hüquq normalarına əsaslandığını və böyüməkdə olan nəslin hərtərəfli inkişafına hesablandığı bir daha diqqətə çatdırılıb. Dövlətin uşaqların hüquqlarını hərtərəfli müdafiə etməklə yanaşı, həm də zərərli vərdişlərə və uşaq zorakılığına qarşı da davamlı mübarizə apardığı bildirilib.


Açar sözlər: ,  ,  ,  ,