07.11.2019

Monitorinq keçirilib

İmişli rayonunun Cəfərli kənd 2 saylı tam orta məktəbin 4-cü sinfində şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının öyrənilməsi ilə bağlı monitorinq keçirilib. Monitorinq Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin  4.2. bəndinin icrası ilə bağlı keçrilib.

Xatırladaq ki, F-531 nömrəli əmrin 4.2. bəndində İbtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin öyrənilib müzakirə edilməsi və nəticələrdən asılı olaraq, sinif müəllimlərinin fəaliyyətinin qiymətləndirilməsi barədə müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,