18.11.2019

İdmanın şahmat növü üzrə keçirilən yarış başa çatıb

İmişli Şahmat Məktəbində “Məktəblər arasında respublika çempionatı”ı çərçivəsində idmanın şahmat növü üzrə keçirilən yarış başa çatıb.

Yarışda rayonun 8 məktəbinin qız və oğlan şagirdlərindən ibarət və hər birində 6 nəfər şagird olan komandalar iştirak edib.

Yarışın qalibi İmişli şəhər 2 sayl tam orta məktəbin komandası olub. Qalib komanda yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb.


Açar sözlər: ,  ,