19.11.2019

Növbəti ixtisasartırma təlimi keçirilir

Noyabrın 16-21 tarixlərində İmişli rayonu ümumi təhsil məktəblərində çalışan ibtidai sinf müəllimləri üçün “İbtidai təhsil səviyyəsində məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” üzrə ixtisasartırma təlimi keçirilir.  Təlimdə 50 nəfər müəllim iştirak edir.

Təlimlərin keçirilməsində başlıca məqsəd ibtidai sinif müəllimlərinə peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində dəstəyin göstərilməsidir.

Xatırladaq ki, təlim Odlar Yurdu Universiteti və “İnkişaf” Elmi Mərkəzi İctimai Birliyinin təlimçiləri Gülşən Mirzəzadə və Billurə Vəliyeva tərəfindən aparılr.


Açar sözlər: ,  ,