20.11.2019

“İnternetdən təhlükəsiz istifadə” adlı tədbir keçirilib

İmişli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində “İnternetdən təhlükəsiz istifadə” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə qaydalarını şagirdlərə aşılamaq, uşaqları internetdən istifadə etməyə psixoloji hazırlamaq olub.

Tədbirdə polis leytinantı Cavanşir Bayramlı çıxışında şagirdlərə sağlam həyat tərzinin aşılanmasında və internetdən istifadədə pedaqoji kollektivlərin qarşısında duran vəzifələrdən söhbət açıb. O, İKT-nin tətbiqi və istifadə edilməsinin, məktəblilərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək və ötürmək qabiliyyətinin formalaşdırılmasının şagirdlərin informasiya cəmiyyətinin fəal üzvünə çevrilməsi baxımından mühüm rol oynadığını bildirib.


Açar sözlər: ,  ,