21.11.2019

“Ölkəmizi tanıyaq” tur-aksiyası başa çatıb

18-21 noyabr tarixində İmişli məktəblilərinin Lənkaran, Masallı və Astara rayonlarına "Ölkəmizi tanıyaq" tur-aksiyası uğurla başa çatıb.

Layihə çərçivəsində şagirdlər olduqları rayonların tarixi-memarlıq abidələri ilə tanış olub, rayonların görməli yerlərini gəziblər.

Səfərdən geri dönən məktəblilər təntənə ilə qarşılanıblar.

Səfərlə bağlı öz təəssüratlarını valideynləri və müəllimləri ilə bölüşən məktəblilər bu cür layihələrin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Tur zamanı şagirdlər Azərbaycan İntellektual Klublar Assosiasiyasının keçirdiyi “Nə? Harada? Nə zaman?” adlı bilik yarışında iştirak ediblər.

Yarışda 9 rayonun məktəblilərindən ibarət komandaları iştirak edib. İmişli məktəblilərindən təşkil olunmuş komanda yarışın qalibi olaraq kuboku qazanıb.  


Açar sözlər: ,  ,