22.11.2019

"Payız etüdləri" adlı tədbir keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseyin II sinfində payız fəslinə həsr olunmuş "Payız etüdləri" adlı ədəbi-bədii gecə keçirilib. Sinif rəhbəri Təravət Məlikova tədbiri açaraq tədbir haqqında iştirakçılara məlumat verib.

Şagirdlər payız fəslinə həsr olunmuş şeirlərdən nümunələr söyləyib, “Çətir” rəqsini, “Meşənin payız nağılı” səhnəciyini, şeir, mahnı töhfələrini tədbir iştirakçılarına nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,