10.12.2019

264 şagird yerlik yeni bina inşa olunur

İmişli rayonunun Muradxanlı kənd tam orta məktəb üçün 264 şagird yerlik yeni bina inşa olunur.

Təhsil Nazirliyinin sifarişi ilə tikilən bina ikimərtəbəlidir. Təhsil ocağının tikintisini The Best Constructions MMC aparır. Müasir arxitektura üslubunda inşa olunacaq təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq.

Binanın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,