10.12.2019

İxtisasartırma təlimi keçirilir

İmişli rayonu ümumi təhsil məktəblərində çalışan riyaziyyat müəllimər üçün “Riyaziyyat fənni üzrə məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” üzrə ixtisasartırma təliminə başlanılıb. Təlimdə 70 nəfər müəllim iştirak edir.

Təlimin keçirilməsində məqsəd müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və məktəbdaxili qiymətləndirilmənin aparılması qaydaları İlə bağlı bilik və bacarıqların inkişaf etdirilməsidir.

Xatırladaq ki, təlim “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən aparılır.


Açar sözlər: ,  ,