12.12.2019

Anım mərasimi keçirilib

İmişli rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirlərdə Rayon Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları, ümumitəhsil məktəblərinin pedaqoji kollektivləri və şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları Heydər Əliyev parkında Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə tər gül dəstələri düzüblər. 


Açar sözlər: ,  ,  ,