20.01.2020

20 Yanvar faciəsinin qurbanlarına həsr olunan anım mərasimləri keçirilib

İmişli rayonunun ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimləri və sərgilər təşkil olunub.

Tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şagirdlərə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğından, 20 Yanvarın xalqımızın tarixinin həm faciəli, həm də şərəfli səhifəsi və hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğundan danışılıb.

Müəllim və şagirdlər Şəhidlər xiyabanını ziyarət edib və şəhid məzarları üzərinə gül-çiçək düzüblər.


Açar sözlər: ,  ,  ,