26.01.2020

"Əlaçı" televizya layihəsinin seçim mərhələsi keçirilib

İmişli rayonunun ümumtəhsil məktəblərindən 30 nəfər şagird Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Əlaçı” televiziya layihəsinin növbəti seçim turunda iştirak ediblər.

“Əlaçı” televiziya layihəsinin seçim turunda qalib gələn şagirdlər Bakıda keçiriləcək növbəti tura vəsiqə qazanacaqlar. Finalın qalibləri isə televiziya layihəsində iştirak etmək hüququ əldə edəcəklər.


Açar sözlər: ,  ,  ,