27.01.2020

Riyaziyyat müəllimər üçün növbəti ixtisasartırma təliminə başlanılıb

İmişli rayonu ümumi təhsil məktəblərində çalışan riyaziyyat müəllimər üçün “Riyazi situasiya tapşırıqlarının hazırlanması metodikası” üzrə ixtisasartırma təliminə başlanılıb.

Təlimdə 20 nəfər müəllim iştirak edir. Təlim Psixologiya Elmi Tədqiqat İnstitutu MMC tərəfindən aparılır.

Təlim müddəti müəllimlər həyati situasiyalara əsaslanan tapşırıqların hazırlanmasına qoyulan əsas tələblərlə, onların keyfiyyətlilik dərəcəsini müəyyənləşdirən meyarlarla, situativ məsələlərin hazırlanmasının ümumi mexanizmləri, müxtəlif aspektlərdən təhlilolunma formaları ilə tanış olacaqlar.


Açar sözlər: ,