07.02.2020

“Qisas gecəsi” adlı tədbir keçirilib

İmişli rayonunun Cəfərli kənd 2 saylı tam orta məktəbində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə “Qisas gecəsi” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Mehman Qasımov Mübariz İbrahimovun keçdiyi şərəfli ömür yolundan danışaraq onun göstərdiyi igidliyin gənclərə örnək olduğunu vurğulayıb.

Tədbirdə Mübariz İbrahimova həsr olunmuş videoçarx nümayiş olunub və vətənpərvər ruhlu mahnılar oxunub, şeirlər səsləndirilib, səhnəciklər göstərilib və şagirdlər Mübariz İbrahimovun şücaətlərini ifadə edən məruzələr ediblər.


Açar sözlər: ,  ,  ,  ,