07.02.2020

DSX-nin Akademiyasına qəbulla bağlı görüş keçirilib

İmişli Rayon Təhsil Şöbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına kursant qəbulu ilə bağlı maarifləndirici görüş keçirilib.

Görüşdə DSX-nin əməkdaşları və ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri iştirak ediblər.

Görüş zamanı şagirdlərə DSX-nin Akademiyasına qəbul, xidmət və tədrislə bağlı məlumatlar verilib, şagirdlərin sualları cavablandırılıb.