18.02.2020

Təhsil Şurasının növbəti iclası keçirilib

İmişli Rayon Təhsil Şöbəsində təhsil Şurasının növbəti iclası keçirilib. Şura iclasında İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev 14 fevral 2020-ci il tarixdə Təhsil Nazirliyinin “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda keçirdiyi müşavirənin gedişi və panel müzakirələri haqqında şura iştirakçılarına məlumat verib.

Sonra şuranın gündəliyində nəzərdə tutulan məsələlərin mezakirəsinə başalnılıb.

“2019-2020-ci tədris ilinin birinci yarımilinin yekunları” haqqında RTŞ-nin müdir müavini Vahid Tağıyev görülmüş işlər və əldə olunan nəticələr barəsində ətraflı təhlil və faktlarla məlumat verib. O, dərs ilində RTŞ tərəfindən aparılmış monitorinqlər, I yarımildə məktəbdaxili qiymətləndirmənin nəticələri haqqında məktəblərin göstəriciləri, cari dərs ilində IX siniflərdə rayon üzrə 3 dəfə keçirilmiş sinaq test imtahanlarının nəticələri və məktəb rəhbərlərindən alınmış hesabat arayışlarının müqayisəli təhlilər əsasında qruplaşdırmaqla məktəblərin fəaliyyətinin nəticələrini iştirakçıların diqqətə çatdırıb. Eyni zamanda qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Şura iclasında Aranlı kənd 1, 2 saylı, Hacalmuradlı və Oruclu kənd tam orta məktəblərində məktəbdə fərdi təhsilin təşkili vəziyyəti barədə aparıcı məsləhətçi Vüsal Bayramov və Sarxanlı kənd 2 saylı, Cəfərli kənd 1 sayl tam orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi vəziyyəti haqqında metodist Kənan Şahpələngov məlumat verib.

Şura iclasında hər bir məsələ ətraflı müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

Sonda məktəb rəhbərlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.


Açar sözlər: ,  ,