21.02.2020

Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub

İmişli rayonunun ümumi təhsil məktəblərində Beynəlxaq Ana dili günü münasibətilə “Ana dilim varlığımdır”, “Ana dilimizi sevək” və “Mənim ana dilim” adlı silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Fevralın 21-nin bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasından və 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilməsi barəsində şagirdlərə ətraflı məlumat verilib.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsindən, bu sənədin ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən olduğu bildirilib. Bu ənənələrin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsindən, dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı və bu istiqamətdə görülən digər işlərdən danışılıb.  

Tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar və mahnılar söyləyiblər.


Açar sözlər: ,  ,  ,  ,