24.02.2020

Fənn olimpiadalarının yarımfinal turu keçirilib

Fevralın 23-də fənn olimpiadalarının respublika mərhələsinin Şirvanda keçirilən yarımfinal turunda İmişli rayonunun ümumtəhsil məktəblərinin şagirdləri də iştirak ediblər.

Yarımfinal turda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənnləri üzrə respublika fənn olimpiadalarının birinci - rayon mərhələsinin qalibi olmuş 36 nəfər şagird iştirak edib.