27.02.2020

I siniflərə qəbulu üçün müsahibə keçirilib

Fevralın 25 - 27-də İmişli şəhər 5 saylı məktəb-liseydə rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbul üçün müsahibə keçirilib.

İmişli RTŞ-nin əməkdaşının sədrlik etdiyi müsahibə komissiyanın tərkibi peşəkarlığı, obyektivliyi, uşaqlarla işləmə bacarığı olan və rus dilində sərbəst danışa bilən bu bölmə üzrə ibtidai sinif müəllimlərindən təşkil  edilib.

Müsahibə zamanı 36 nəfər şagirdin qiymətləndirilməsi aparılıb. Müsahibələrin sonunda müsahibə ilə bağlı sənədlər Təhsil Nazirliyinə təqdim edilib.


Açar sözlər: ,  ,  ,