28.02.2020

“Məktəblər arasında respublika çempionatı” keçirilib

Fevralın 25-28-də Coca-Cola şirkətinin sponsorluğu, AFFA-nın təşkilatçılığı ilə İmişli rayonunun ümumi təhsil məktəblərinin VII sinif şagirdləri arasında futbol üzrə “Məktəblər arasında respublika çempionatı” keçirilib.

Yarışda rayonun 18 məktəbinin şagirdləri iştirak edib. Mart ayında keçiriləcək final yarışına İmişli şəhər 1 və 5 saylı məktəb-liseyin komandaları vəsiqə qazanıb.

Futbol yarış uşaq idmanına göstərilən qayğını, diqqəti daha da artırmaq, məktəblilər arasında futbolun kütləviliyini və inkişafını təmin etmək məqsədilə keçirilir.


Açar sözlər: ,  ,