04.03.2020

Rayonun məktəblərində dezinfeksiya işləri davam etdirilir

İmişli rayonunun bütün təhsil müəssisələrində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli təlimati məktubunun tələblərinə əsasən, məktəb kollektivləri, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılıb və kütləvi tədbirlər məhdudlaşdırılıb.


Açar sözlər: ,  ,