05.03.2020

Dezinfeksiyaedici tədbirlər davam edir

İmişli rayonunun ümumitəhsil və məktəbdənkənar təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam edir.

Təhsil müəssisələrinin sinif və inzibati otaqları, idman zalları, sanitar qovşaqlar, digər köməkçi qurğularında dezinfeksiya işləri aparılıb.

Artıq rayon üzrə 49 məktəb və 2 məktəbdənkənar müəssisə dezinfeksiya olunub. Digər məktəblərdə isə davam etdirilir.