12.03.2020

264 şagird yerlik binanın inşası davam edir

Təhsil Nazirliyinin sifarişi ilə İmişli rayonunun Muradxanlı kənd tam orta məktəbi üçün 264 şagird yerlik binanın inşası davam edir.

Tikintisinə 2019-cu ilin dekabr ayında başlanılan binada 11 sinif otağı, fənn kabinəsi, akt və idman zalı, digər yardımçı otaqlar olacaq. Artıq binanın ikinci mərtəbəsinidə hörgü işləri davam etdirilir. Hazırda birinci mərtəbədə suvaq işləri görülür, istilik və elektrik xətləri çəkilir. Təhsil ocağının dayanaqlı su, istilik və elektrik enerjisi ilə təmin olunması məqsədilə ərazidə su anbarı, qazanxana tikilir.

Məktəb binasının tikintisinin bu ilin sentyabr ayınadək tam başa çatdırılması nəzərdə tutulur.


Açar sözlər: ,