06.05.2020

"Gələcək naminə birlikdə!”

Təhsil Nazirliyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Gələcək naminə birlikdə!” adlı onlayn respublika yaradıcılıq müsabiqəsi keçirilib. 

Müsabiqə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilib.  

Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük verilib.

Müsabiqədə uğurla iştirak edən İmişli Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Aysel Xanlarzadə III yerin qalibi olub.