09.05.2020

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri məlum olub

İmişli rayon Təhsil Şöbəsinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri məlum olub.

Şəhər 8 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Əbdülova Aynur Ceyhun qızı 1-ci, Məzrəli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Xudiyeva Aysu Rəşad qızı 2-ci, şəhər 3 saylı tam orta məktəbin 9-cu sinif şagirdi İsmayılova Gülnar Bakir qızı və şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Abbaslı Fidan Adil qızı isə 3-cü yerin sahibi olublar.

Qaliblər İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,  ,