03.06.2020

Muradxanlı kənd tam orta məktəbin yeni binasının inşası davam edir

Təhsil Nazirliyinin sifarişi ilə İmişli rayonunun Muradxanlı kənd tam orta məktəbi üçün 264 yerlik binanın tikintisi yüksək sürətlə davam edir.

Belə ki, binanın dam örtüyü vurulur, elektrik xətləri çəkilib, su anbarı və qazanxana tikilib, otaqların suvanması işi aparılıb, döşəmələr hamarlanır.

Yeni məktəb binasında 11  sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək, fənn kabinetləri, laboratoriyalar, yeməkxana, kompüter otağı, idman və  akt zalı fəaliyyət göstərəcək.

Bir sözlə, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.


Açar sözlər: ,  ,