20.05.2016

“Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatının zona mərhələsi keçirilib

14 may 2016- cı il tarixdə İmişli şəhərində “Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatının zona mərhələsi keçirilib.

Zona mərhələsində İmişli, Ağcabədi, Saatlı, Cəbrayıl, Füzuli və Laçın rayonlarının komandaları iştirak edib.

Yarış İmişli şəhər Uşaq Gənclər Şahmat İdman Məktəbində təşkil olunmuş, oyun zalı və komandalar ləvazimat və texniki avadanlıqlarla təchiz edilmişdir. Komandalara hər birində 12 sual olmaqla üç turda suallar təqdim olunub.

İmişli rayon komandası 36 sualdan 25 suala doğru cavab verərək I yeri tutmuşdur. Zona üzrə qalib komanda Təhsil Nazirliyi tərəfindən kubok və medallarla təltif edilib.


Açar sözlər: ,