25.11.2016

Ümumi orta təhsilin dövlət standartları layihəsinin müzakirəsinə başlanacaqdır

Növbəti həftədən başlayaraq rayonun ümumtəhsil məktəblərində ümumi orta təhsilin dövlət standartları layihəsinin müzakirəsinə başlanacaqdır.

Bu məqsədlə rayon üzrə 6 mərkəz yaradılıb. Həmin mərkəzlərdə aparılacaq müzakirələrdə rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və qabaqcıl müəllimlər iştirak edəcəklər.

Yaradılmış 6 mərkəzdə - Məzrəli, Ölcələr, Cəfərli kənd 1 saylı, Qaralar, Şahverdli kənd tam orta məktəbləri və şəhər 5 saylı məktəb-liseydə layihənin geniş və səmərəli şəkildə müzakirəsi üçün artıq ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərində müzakirələrə başlanılıb.


Açar sözlər: ,