13.10.2020

“Əsgərə Məktub!”

İmişli rayonunun ümumi təhsil məktəblərində Azərbaycan Ordusuna çoxsaylı dəstək aksiyaları keçirilir. Onlardan biri də şagirdlərin böyük həvəs və ruh yüksəkliyi ilə əsgərlərə məktub yazma aksiyasıdır.

İmişli rayonu Əliqulular kənd tam orta məktəbinin VI sinif şagirdləri də bu aksiyaya qoşularaq əsgərlərə məktublar yazıblar.

Məkublardan birində deyilir:

 

“Əziz Azərbaycan əsgəri, Sizə bu məktubu İmişli rayonunun Əliqulular kənd Rəsul Məmmədov adına tam orta məktəbinin VI sinif şagirdləri yazır. Düşmənlə üzbəüz dayandığınız bu anlarda Sizə uğurlar arzulayırıq.  

Allah Sizi qorusun! Qolunuza qüvvət, canınıza təpər!

Ümidliyik ki, əsgər və zabitlərimizin döyüş ruhu və cəsurluğu sayəsində bir qarış torpağımız belə düşmən işğalında qalmayacaq. Ali Baş Komandanın dilindən eşitdiyimiz zəfər xəbərləri bizi çox sevindirir! Elə bu məktubu da sevinc içərisində yazırıq.

Allah Sizi qorusun, döyüş əzminiz var olsun!

Vətən övladı, şairə Sevinc Arzulu bir Ana diləyi ilə yazdığı şeirdən iki bəndi Sizlərə göndəririk.

Darda Vətən torpağı,

Uca qaldır bayrağı.

Sənsən elin dayağı,

Mərd igidi, mərd əri,

Azərbaycan əsgəri!

 

Çətində haya yetən,

Köksündə güllər bitən,

Dardadır Ana vətən,

Yerin döyüş səngəri,

Azərbaycan əsgəri!”


Açar sözlər: ,  ,